İbrahim Qədirzadəli “Samtrediya”dan ardıcıl 4-cü məğlubiyyət

19:00 14 Mart 2021

Futbol üzrə Gürcüstan çempionatında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Batumi “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

 

İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, “Samtrediya” Gürcüstan çempionatında 4 turdan sonra hələ xal hesabını aça bilməyib və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. 


Xəbər xətti