Ronaldodan het-trik - VİDEO

10:34 15 Mart 2021

"Yuventus" A seriyasında növbəti oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Turin klubu səfərdə "Kalyari" ilə qarşılaşıb. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Kriştiano Ronaldo het-trik edərək komandasına 3 xal qazandırıb. Bu nəticədən sonra "Yuventus" 55 xalla 3-cü, "Kalyari" 22 xalla 17-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 65 xalla "İnter" başçılıq edir. "Milan" 56 xalla 2-cidir.

 

"Kalyari" - "Yuventus" - 1:3
Qollar: Ronaldo, 10 (0:1), 25-pen. (0:2), 32 (0:3), Simeone, 61 (1:3)

 

 


Xəbər xətti