Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Elvin Camalov koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, bu barədə “Report"a 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. 26 yaşlı yarımmüdafiəçi hazırda özünü yaxşı hiss etdiyini bildirib. O, testin martın 12-də müsbət çıxdığını sözlərinə əlavə edib.
Qeyd edək ki, Elvin Camalov Premyer Liqanın XX turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçı buraxıb. Camalov Azərbaycan yığmasının qarşıdakı oyunlar üçün heyətinə daxil edilməyib.