Şəhriyar Məmmədyarov: “Bu gün geridönüş edəcəyimə ümidvaram”

Sportarena.az      15 Mart 2021 , 15:06

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsindəki çıxışından danışıb.

 

Sportarena.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında bu gün keçirəcəyi görüşlərdə yaxşı nəticəyə ümid etdiyini bildirib. Məmmədyarov “Bu gün geridönüş edəcəyimə ümidvaram” yazıb.

 

Şəhriyar yarışın ilk gününü 3 xalla başa vursa da, ikinci gün uğursuz çıxış edib. Azərbaycanın ən reytinqli şahmatçısı hazırda 4 xalla 12-ci sırada qərarlaşıb. 

 

“Magnus Carlsen Invitational” turnirində Azərbaycanı Teymur Rəcəbov da təmsil edir. İkinci yarış günündən sonra Rəcəbov 4.5 xalla 11-cidir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin