İtaliya çempionu “Yuventus”un qapıçısı Canluici Buffon zədələnib.
Sportarena.az xəbər verir ki, 43 yaşlı futbolçunun bel nahiyəsində problem yaranıb. Təcrübəli futbolçunun sağalma müddəti məlum deyil. Amma onun qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcəyi vurğulanır.
İtalyan qapıçı bu mövsüm A Seriyasında 5 oyuna çıxıb.