İkiqat dünya çempionumuz karyerasını bitirdi

Sportarena.az      16 Mart 2021 , 00:09

Yunan-Roma güləşi üzrə ikiqat dünya və Avropa çempionu Elvin Mürsəliyev karyerasını bitirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə idmançının özü açıqlama verib. Mürsəliyev zədə səbəbindən karyerasını bitirdiyini deyib. Mürsəliyev, yunan-Roma güləşi üzrə ikiqat dünya və üçqat Avropa mükafatçısı, Bakıda keçirilmiş 1-ci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

 

Ötən ilin sonlarında sərbəst güləş üzrə Avropa çempionu Cəbrayıl Həsənov karyerasını bitirib. O, yanvarda gənclərdən ibarət millimizə böyük məşqçi təyin olunub.

 

Həmçinin, yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Həsən Əliyev karyerasını erkən bitirərək, böyüklərdən ibarət millidə məşqçi kimə işə başlayıb. (oxu.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin