Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsi davam edir.
Sportarena.az xəbər verir ki, dairəvi sistemlə keçirilən ilk mərhələyə son 5 turun qarşılaşmaları ilə yekun vurulub.Yarışın 3-cü günündən sonra 1/4 finala yüksələn 8 şahmatçı bəlli olub. Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mərhələdəki son 5 oyununu keçirib. Şahmatçılarımız bir-biri ilə də üz-üzə gəlib. 13-cü tura təsadüf edən bu görüşdə heç-heçə qeydə alınıb.
Teymur və Şəhriyar hərəsi günü 2,5 xalla tamamlayıb. Yekunda Rəcəbov 7, Məmmədyarov 6,5 xal toplayıb. Bu isə onların “səkkizlik”dən kənar qalması və 4-cü mərhələ ilə vidalaşması ilə yekunlaşıb.
11-ci tur
Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya) - 0:1
David Anton (İspaniya) - Teymur Rəcəbov - 0:1
12-ci tur
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov - 0:1
Teymur Rəcəbov - Nils Qrandelius (İsveç) - 0,5:0,5
13-cü tur
Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov - 0,5:0,5
14-cü tur
Alan Pişo (Argentina) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Teymur Rəcəbov - Yan Nepomnyaşi (Rusiya) - 0,5:0,5
15-ci tur
Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov - 0:1