“Qəbələ”nin futbolçusu 3 oyunluq cəzalandı

14:05 16 Mart 2021

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

Premyer Liqanın 20-ci turunun “Qəbələ” – “Zirə” oyununda meydan sahiblərinin futbolçusu Merab Qiqauri “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

"Neftçi” – “Səbail” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti