"Dinamo" Zaqrebin baş məşqçisi həbs olundu

14:18 16 Mart 2021

"Dinamo"nun (Zaqreb) baş məşqçisi Zoran Mamiç 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Sportarena.az xəbər verir ki, o, korrupsiya cinayətində ittiham olunur. Zoran Mamiçin qardaşı Zdvarko Mamiçə isə 15 milyon avro mənimsədiyi üçün 6,5 il həbs cəzası verilib. Qərar çıxarıldıqdan sonra Zoran Mamiç Zaqreb təmsilçisindən ayrıldığını açıqlayıb: “Əvvəllər də söylədiyim kimi özümü günahkar hesab etmirəm. Bu qərar qətidirsə, o zaman baş məşqçi vəzifəsini tərk edirəm".

 

"Dinamo"nun idarə heyəti Mamiçin istefasını qəbul edib. Damir Krznar klubun yeni məşqçisi təyin olunub.

 

Qeyd edək ki, hər iki şəxs 2008-ci ildən indiyədək klubun büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunub. Qardaşlar 1,8 milyon ABŞ dolları məbləğində vergi ödəməməkdə də günahlandırılıb.


Digər xəbərlər

Xəbər xətti