Portuqaliya yığmasının Azərbaycanla oyuna heyəti açıqlandı - SİYAHI

11:04 17 Mart 2021

Portuqaliya millisinin  DÇ-2022-nin seçmə mərhələ oyunlarına heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Fernando Santos Azərbaycan, Serbiya və Lüksemburqla matçlar üçün yığmaya 25 futbolçu dəvət edib.Onlardan 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi, 7-si isə hücumçudur.

 

Qapıçılar: Antoni Lopes ("Lion", Fransa), Rui Patrisio ("Vulverhempton", İngiltərə), Rui Silva ("Qranada", İspaniya)

 

Müdafiəçilər: Joao Kanselo, Ruben Dias (hər ikisi "Mançester Siti", İngiltərə), Sedrik Soareş ("Arsenal", İngiltərə), Dominqos Duarte ("Qranada", İspaniya), Pepe ("Porto"), Joze Fonte ("Lill", Fransa), Rafael Gerrero ("Borussiya", Dortmund, Almaniya), Nuno Mendeş ("Sportinq")

 

Yarımmüdafiəçilər: Danilo Pereyra (PSJ, Fransa), Joao Palinya ("Sportinq"), Ruben Neves, Joao Moutinyo (hər ikisi "Vulverhempton", İngiltərə), Bruno Fernandeş ("Mançester Yunayted", İngiltərə), Renato Sançes ("Lill", Fransa), Serxio Oliveyra ("Porto")

 

Hücumçular: Bernardo Silva ("Mançester Siti, İngiltərə), Pedro Neto ("Vulverhempton", İngiltərə), Dioqo Jota ("Liverpul", İngiltərə), Kriştianu Ronaldo ("Yuventus", İtaliya), Rafa Silva ("Benfika"), Joao Feliks ("Atletiko", İspaniya), Andre Silva ("Ayntraxt", Almaniya)

Qeyd edək ki, Portuqaliya yığması seçmə mərhələnin ilk oyununu martın 24-də Turində Azərbaycan millisinə qarşı keçirəcək. Yığma martın 27-də Serbiyanın, 30-da isə Lüksemburqun qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti