Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, son iki cavab oyunundan biri İngiltərədə, digəri Almaniyada baş tutacaq. “Çelsi” Madrid “Atletiko”sunu qəbul edəcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan London təmsilçisi bu üstünlüyünü qorumağa çalışacaq.
Digər qarşılaşma “Bavariya” ilə “Latsio” arasında baş tutacaq. Romada rəqibini 4:1 hesabı ilə üstələyən Münhen təmsilçisinin 1/4 finala yüksələcəyi demək olar ki, şübhə doğurmur.
Qeyd edək ki, daha əvvəl “Borussiya” (Dortmund, Almaniya), “Portu” (Portuqaliya), “Liverpul”, “Mançester Siti” (İngiltərə), “Real” (İspaniya) və PSJ (Fransa) klubları 1/4 finala vəsiqəni təmin edib.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
17 mart
00:00. “Çelsi” (İngiltərə) - “Altetiko” (İspaniya)
İlk oyun – 1:0.
00:00. “Bavariya” (Almaniya) - “Latsio” (İtaliya)
İlk oyun – 4:1.