Almaniya millisinin baş məşqçisi Yoahim Löv "Fənərbaxça"nı çalışdıra bilər.
Sportarena.az xəbər verir ki, İstanbul klubu Avro-2020-dən sonra milli komandadan ayrılacağını açıqlayan 61 yaşlı mütəxəssisə təklif göndərib. "Fənərbaxça" rəhbərliyinin hazırkı baş məşqçi Erol Bulutun fəaliyyətindən narazı olduğu və ən geci mövsümün sonunda onunla yollarını ayıracağı da qeyd edilib.
Yoahim Löv 1998-1999-cu illərdə də "Fənərbaxça"nın baş məşqçisi olub.