“Qarabağ” 8 futbolçu ilə məşqləri bərpa etdi - FOTOLAR

11:02 18 Mart 2021

“Qarabağ” 3 günlük fasilədən sonra məşqləri bərpa edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Hazırlıqda 8 futbolçu iştirak edib. Məşq prosesində milli komandalara dəvət almış oyunçular qatılmayıb.

 

Kabo-Verde millisinə dəvət alan Patrik Andrade də bu məşqin iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi öz ölkəsinin millisinə qoşulmaq üçün martın 18-də yola düşəcək.



Digər xəbərlər

Xəbər xətti