Maksim Medvedev millinin toplanışına qatıldı

14:11 18 Mart 2021

Maksim Medvedev futbol üzrə Azərbaycan millisinin toplanışına qatılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Daha öncə AFFA Maksim Medvedevin millinin baş məşqçisi Canni De Byazidən onu bu toplanışa çağırmamağı xahiş etdiyini açıqlamışdı. Lakin görünür “Qarabağ”ın kapitanı sonradan fikrini dəyişib və millinin hazırlıq prosesində iştirak etməyə qərar verib.

 

Qeyd edək ki, Azərbaycan millisi martın 15-dən etibarən Bakıda təlim-məşq toplanışındadır. Komandamız martın 24-də DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İtaliyadakı “Yuventus” stadionunda Portuqaliya, martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiya ilə qarşılaşacaq. Yığmamız martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdei" stadionunda Qətərlə yoldaşlıq görüşündə də üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti