Cavid Hüseynov: "Özümü hələ də milliyə lazımlı futbolçu kimi görürəm" - MÜSAHİBƏ

12:50 18 Mart 2021

"Qəbələ"nin futbolçusu Cavid Hüseynovun müsahibəsi:

 

- Komandanızın çıxışı sizi qane edirmi?

- Oyunumuz hər kəs tərəfindən bəyənilir. Amma bu, maksimum deyil. Əgər avrokuboka düşsək, qane edəcək.

 

- Hakimlik barəsində fikirlərin necədir? Baş məşqçiniz Elmar Baxşıyev daim iradlar bildirir.

- Bəzən elə epizodlar olur ki, yanlış qərarlar verilir. Hakimlik haqda danışmamaq mümkün olmur. Elmar müəllimin iradları isə haqlıdır.

 

-  Milli komandanın aparıcı üzvlərindən idin. İndi dəvət almamağını necə qarşılayırsan?

- Düzü, özümü hələ də milli komandaya lazımlı futbolçu kimi görürəm. Futbol ictimaiyyəti mənə dəvət gəlmədiyinə görə təəssüf hissi keçirir. Sadəcə, baş məşqçinin qərarıdır. Hörmətlə yanaşıram.

 

- Elə oyunçular oldu ki, milliyə çağırılmalıdır, amma kənarda qaldı...

- Bu, hər məşqçinin dövründə olub...

 

- "Qəbələ"dən də heç kimə dəvət gəlmədi. Buna münasibətin necədir?

- Ümid edirəm, gələcəkdə bu məqamlar nəzərə alınacaq.

 

-  Fikrincə, milli bu qrupda neçənci yeri tuta bilər?

- Çox ağır qrupdur. Əsas psixoloji cəhətdən hazır olsalar, yaxşı olar. Bundan başqa rəqiblərin adlarından çəkinməsələr, yaxşı olar.

 

- Əvvəlki Cavidi görə bilmirik. Səbəb nədir?

- Səbəblər var. Amma başlıca səbəb az oynamaqdır.

 

- Müqavilən yayda bitir.  Yeniləmək planınız var?

- Düzdür, yayda müqavilə başa çatır. Hər iki tərəf bu işdə maraqlı olsa, yenilənəcək.

 

-  Premyer Liqada ilk dördlüyə düşmək şansınız nə qədərdir?

- Şansımız bərabərdir. Hazırda  "Sumqayıt"la aramızda mübarizə gedir. Lakin zamanında lazım olan xalları itirməsəydik, indi "Zirə" ilə üçüncülük mübarizə aparırdıq... (qol.az)


Digər xəbərlər

Xəbər xətti