Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, "Bavariya", "Borussiya Dortmund" (hər ikisi Almaniya), "Çelsi", "Liverpul", "Mançester Siti" (hamısı İngiltərə), "Portu" (Portuqaliya), PSJ (Fransa) və "Real" (İspaniya) ən güclü 8 komanda sırasında mübarizə aparmaq hüququ qazanıb.
1/4 və yarımfinalın püşkatma mərasimi martın 19-u Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.
1/4 finalın ilk oyunları 6/7 aprel, cavab görüşləri 13/14 apreldə keçiriləcək.