Avroliqada 1/8 finala yekun vuruldu - YENİLƏNİB

02:49 19 Mart 2021

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, cavab görüşlərindən sonra 1/4 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşib.İngiltərə təmsilçilərindən “Tottenhem” ilk oyunda 2 cavabsız qolla məğlub etdiyi Zaqreb “Dinamo”sunun qonağı olub. Bu oyunda 3 cavabsız qola sevinən Zaqreb təmsilçisi gecənin ən böyük sürprizinə imza ataraq Joze Mourinyonun çalışdırdığı London klubunu mübarizədən kənarlaşdırıb.

 

“Arsenal” isə Londonda “Olimpiakos”u sınağa çəkib. “Topçular” ilk oyunda 3:1 hesabı ilə üstün olduğu üçün cavab matçında minimal hesabla uduzmasına baxmayaraq, növbəti mərhələyə yüksəlib.

 

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada gerçəkləşib. “Milan” İngiltərədə 1:1 hesablı heç-heçə etdiyi “Mançester Yunayted”lə üz-üzə gəlib. İngiltərə təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib və 1/4 finala yüksəlib.

 

 

Avropa Liqası
1/8 finalın cavab oyunları

 

Molde (Norveç) – Qranada (İspaniya) 2:1
Qol: Valyexo, 29-öz qapısına. Hestad, 90-pen – Soldado, 72.
İlk oyun – 0:2

Dinamo (Zaqreb, Xorvatiya) – Tottenhem (İngiltərə) 3:0
Qol: Orsiç, 62; 83; 106.
İlk oyun – 0:2

Arsenal (İngiltərə) – Olimpiakos (Yunanıstan) 0:1
Qol: El Arabi, 51.
İlk oyun – 3:1

Şaxtyor (Donetsk, Ukrayna) – Roma (İtaliya) 1:2
Qol: Moraes, 59 – Mayoral, 48; 72.
İlk oyun – 0:3.

Reyncers (Şotlandiya) – Slaviya (Praqa, Çexiya) 0:2
Qol: Olayinka, 14. Stanku, 74.
İlk oyun – 1:1

Milan (İtaliya) – Mançester Yunayted (İngiltərə) 0:1
Qol: Poqba, 49.
İlk oyun – 1:1

Vilyarreal (İspaniya) – Dinamo (Kiyev, Ukrayna) 2:0
Qol: Moreno, 13; 36.
İlk oyun – 2:0

Yanq Boyz (İsveçrə) – Ayaks (Niderland) 0:2
Qol: Neres, 21. Tadiç, 49-pen.
İlk oyun – 0:3


Digər xəbərlər

Xəbər xətti