"Qalatasaray" Arda ilə bağlı qərarını verib

15:00 18 Mart 2021

"Qalatasaray"ın futbolçusu Arda Turanla müqavilənin müddətini uzatmağa qərar verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. Bildirilib ki, türk yarımmüdafiəçi bu mövsüm daha 4 matçda start heyətdə oynayacağı təqdirdə, onun müqaviləsi daha bir il uzadılmalıdır. Bununla bağlı onun ötən ilin avqustunda İstanbul təmsilçisi ilə imzaladığı sözləşmədə bənd yer alıb.

 

Ancaq klub rəhbərliyi göstərdiyi yaxşı oyunla seçilən 34 yaşlı oyunçu ilə bu bənd aktivləşmədən öncə müqaviləni uzatmağa qərar verib. Bildirilib ki, Arda yeni müqavilə ilə hazırkı maaşından 1 milyon türk lirəsi çox - 5 milyon türk lirəsi qazanacaq.
 

Qeyd edək ki, A.Turanın "Qalatasaray"la hazırkı sözləşməsi bu mövsümün sonu başa çatır.


Digər xəbərlər

Xəbər xətti