"Sabah" məşqləri bərpa etdi - VİDEO

14:34 19 Mart 2021

“Sabah” qısa fasilədən sonra məşqləri bərpa edib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi artıq növbəti oyun üçün hazırlığa başlayıb. “Sabah” bu müddətdə yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda martın 28-də “Sumqayıt”la qarşılaşacaq. Görüş “Bank Respublika Arena”da, saat 16:00-da start götürəcək.

 

Milli komandanın oyunları ilə bağlı Premyer Liqada yaranmış fasiləyə aprelin 3-də yekun vurulacaq. “Sabah” çempionatda növbəti oyununu aprelin 4-də evdə “Qəbələ”yə qarşı keçirəcək.

 

 


Digər xəbərlər

Xəbər xətti