"Qalatasaray" Birləşmiş Ərəb Əmirliklərinin "Şabab Əl-Əhli" klubunda çıxış edən İqor Xesusu heyətinə qatmaq istəyir.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı hücumçu üçün Dubay klubuna müraciət edib. "Sarı-qırmızılar"ın braziliyalı forvard üçün danışıqları davam etdirdiyi bildirilib.
Qeyd edək ki, İqor Xesus 2020-ci ilin dekabrında ölkəsinin "Koritiba" klubundan "Şabab Əl-Əhli"yə 2 milyon avroya keçib. O, 21 oyunda 11 qol vurub və 11 məhsuldar ötürmə edib.