Operativ Qərargah millinin məşq etməsinə icazə verdi

Sportarena.az      20 Mart 2021 , 12:00

Futzal üzrə Azərbaycan millisi ölkədə tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq, Avropa çempionatının seçmə mərhələsinin Slovakiya və Yunanıstanla oyunlarına hazırlaşa biləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov məlumat yayıb. Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah yığmanın zalda məşq etməsinə icazə verib.

 

Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv aprelin 8-də səfərdə Slovakiya, 6 gün sonra isə Bakıda Yunanıstanla qarşılaşacaq. Komandamız əvvəlki oyunlarından maksimum nəticə ilə ayrılıb və artıq qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin