Dieqo Forlanın yeni iş yeri

Sportarena.az      20 Mart 2021 , 13:15

Uruqvay millisinin keçmiş hücumçusu Dieqo Forlanın yeni iş yeri məlum olub.

 

Sportarena.az xəbər verir ki, 41 yaşlı mütəxəssis ölkəsində “Atenas” komandasını çalışdıracaq. Onunla müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Forlan son olaraq Uruqvayın “Penyarol” komandasında baş məşqçilik edib.

 

Futbolçu karyerası ərzində “Mançester Yunayted”, “İnter”, “Atletiko” kimi klublarda çıxış edən Forlan, 112 dəfə də Uruqvay millisinin formasını geyinib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin