"Milli komandanın toplanışı ilə əlaqədar yaranmış fasilədən səmərəli şəkildə istifadə etməyə çalışdıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov MOİK-lə keçirilən yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
3:0 hesablı qələbəni şərh edən çalışdırıcı komandasından razı qaldığını bildirib: "Həm ehtiyatda qalan, həm də akademiyamızın perspektiv vəd edən gənclərinə oynamaq üçün şans verdik. Həmin futbolçular üçün bu böyük bir sınaq idi. Ümumilikdə götürsək, komandamın oyunundan razı qaldım. Fasilədən maksimum şəkildə yararlanıb, növbəti turda keçirəcəyimiz oyuna tam hazır olmağa çalışacağıq".