Güləşçilərimizdən Budapeştdə daha iki medal

Sportarena.az      22 Mart 2021 , 09:30

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirini 2 medalla başa vurub.

 

Sportarena.az xəbər verir ki, İslam Abbasov (87 kq) qızıl, Sənan Süleymanov (77 kq) isə bürünc medala yiyələnib. Rəqibləri tatamiyə çıxmadıqları üçün güləşçilərimizə texniki qələbə verilib.

 

Abbasov finala yüksəldiyi üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib. 60 kq-dakı Murad Məmmədov isə zədə səbəbindən döşək üzərinə çıxmayıb. Bu səbəbdən o, texniki məğlubiyyət alıb.

 

Qeyd edək ki, Azərbaycan güləşçiləri Budapeştdə ümumilikdə 3 lisenziya qazanıb. Bununla da Tokio olimpiadasına vəsiqələrin sayı beşə çatıb. Ölkəmiz Oyunlarda sərbəst güləşdə 65, 74 və 97 kq, qadın güləşində 50 kq, yunan-Roma güləşində isə 87 kq-da təmsil olunacaq.

 

Xatırladaq ki, sonuncu lisenziya yarışı - Dünya Olimpiya Təsnifat turniri 6-9 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi ölkəsinə olimpiya lisenziyası qazandıracaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin