İtaliyanın "Frozinone" klubu baş məşqçisi Alessandro Nestanı istefaya göndərib.
Sportarena.az xəbər verir ki, onunla birlikdə köməkçiləri də klubdan ayrılıb. B Seriya təmsilçisini bundan sonra Fabio Qrosso çalışdıracaq.
"Frozinone" çempionatın turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.