Türkiyə Futbol Federasiyasının (TFF) hakimi Cüneyt Çakır DÇ-2022-nin seçmə mərhələsinin oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, E qrupunun Belçika - Uels görüşünün baş hakimi olacaq. Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Abdulkadir Bitigen yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma martın 24-ü keçiriləcək.