"Azərbaycana getsəydim, planlarımı yarımçıq qoymalı idim" - "Qarabağ"ın sabiq futbolçusu

15:00 23 Mart 2021

Albaniya millisinin və "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli Azərbaycan yığmasından aldığı təklifi qəbul etməməsinin səbəblərindən danışıb.
 

Sportarena.az xəbər verir ki, o, bu barədə ölkəsinin "Panorama" nəşrinə müsahibəsində deyib: 
 

"Azərbaycana getsəydim, akademiya ilə bağlı planları yarımçıq qoymalı idim. Bəlkə gələcəkdə də ABŞ-dan kənarda işləmək üçün başqa variantlarım olacaq. Amma hesab edirəm ki, onda da ən düzgün qərar burada, ailəmin yanında qalmaq və öz layihəmi davam etdirmək olacaq.

 

Düşünürəm ki, bu ölkənin futbolu həm də keyfiyyətli yerli oyunçuların performansı baxımından əziyyət çəkir. Albaniya ilə eyni fürsətə sahib deyillər: yerli futbolçular, hətta Avropaya köçən alban ailələri yığmamız üçün əlavə fürsətdir. Çünki həmin uşaqlar Avropada böyüyür və futbol üçün yaxşı materiala çevrilirlər".

 

Qeyd edək ki, Ansi Aqolli 2012 - 2017-ci illərdə "Qarabağ"da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti