Rusiyada tanınmış idmançı Alan Hadziyev qətlə yetirilib.
Sportarena.az xəbər verir ki, MMA üzrə ikiqat çempion Şimali Osetiyanın Mozdok şəhərində öldürülüb. O, şəhərin restoranlarından birində yaşanan davada iştirak zamanı ölümcül yaralanıb. Alan Hadziyevlə yanaşı, davanın daha bir iştirakçısı olan yerli iş adamı da hadisə yerində ölüb.
Daha bir şəxs isə reanimasiyaya yerləşdirilib.