Mahir Emreli: "Kağız üzərində favorit Portuqaliya yığmasıdı"

22:27 23 Mart 2021

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Rəqibi tanıyırıq, Avropa çempionu olub. Kağız üzərində oyunun favoriti Portuqaliya yığmasıdır. Futbolçuları haqda əlavə sözə ehtiyac yoxdur. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Bütün bacarığımızı ortaya qoyacağıq”.


Digər xəbərlər

Xəbər xətti