Millimiz Portuqaliyaya uduzdu - YENİLƏNİB

01:42 25 Mart 2021

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb. 

 

Sportarena.az xəbər verir ki, yığmamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə görüşüb. Portuqaliya yığması koronavirus pandemiyasından irəli gələn məhdudiyyətlərlə əlaqədar, millimizi doğma meydanda qəbul edə bilmir. Fernando Santosun çalışdırdığı komanda Azərbaycan millisini İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda sınağa çəkib.

 

Qarşılaşmanın favoriti heyətində Kristiano Ronaldo kimi dünya ulduzunun yer aldığı Portuqaliya yığmasıdır. Lakin Canni De Byazinin çalışdırdığı kollektiv bu görüşdə sürprizə imza atmaq arzusundadır.

 

 

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

24 mart

 

23:45. Portuqaliya - Azərbaycan  1:0

Qol: Maksim Medvedev, 37 - avtoqol

Turin. “Yuventus” stadionu. Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin, Saşa Stegemann

(Hamısı Almaniya).


Digər xəbərlər

Xəbər xətti