Prandelli “Fiorentina”dan ayrıldı

Sportarena.az      24 Mart 2021 , 11:09

İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Çezare Prandelli ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.Xəbərdə Prandellinin postundan istefa verdiyi diqqətə çatdırılıb. Klub rəhbərliyi təcrübəli mütəxəssisin istefasını qəbul edib.

 

Ötən ilin noyabrından bu komandanı çalışdıran 63 yaşlı məşqçinin istefasının “Fiorentina”nın çıxışı ilə bağlı olmadığı vurğulanıb. Klub Prandellinin istefasını üzülərək qəbul etdiklərini açıqlayıb.

 

Florensiya təmsilçisinin yeni baş məşqçisi də müəyyənləşib. Komandanı mövsümün sonuna qədər Cüzeppe Yakini çalışdıracaq.

 

Qeyd edək ki, “Fiorentina” bu mövsüm A Seriyasında 28 oyuna topladığı 29 xalla 14-cü pillədə qərarlaşıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin