Yığmamızın start heyəti: Byazi kimlərə şans verdi?

11:25 24 Mart 2021

2022-ci il dünya çempionatının seçmə qrup mərhələsində bu gün ilk oyununa çıxacaq Azərbaycan yığmasının start heyəti müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, millimiz Portuqaliya yığmasına qarşı 5-3-1-1 taktiki düzülüşü ilə çıxacaq. “Çərçivə”də “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədliyev yer alacaq. Baş məşqçi Canni de Byazi müdafiənin cinahlarında Azər Salahlı və Maksim Medvedev, mərkəzində Anton Krivotsyuk, Elvin Bədəlov və Bədavi Hüseynova güvənib.  

 

Yarımmüdafiə xəttində Abbas Hüseynov, Vüqar Mustafayev və Emin Mahmudov oynayacaq. Hücumda oynayacaq Əli Qurbaninin arxasında isə Mahir Emreli olacaq.

 

Azərbaycan yığmasının heyəti: Şahruddin Məhəmmədliyev, Azər Salahlı, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov və Maksim Medvedev, Abbas Hüseynov, Vüqar Mustafayev, Emin Mahmudov,  Mahir Emreli, Əli Qurbani

 

Qeyd edək ki, Portuqaliya – Azərbaycan görüşü İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti