Canni De Byazi: "Ronaldonu görmək futbolçular üçün həyəcanverici olacaq" - MÜSAHİBƏ

14:03 24 Mart 2021

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi "Reppublica" nəşrinə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis Azərbaycan yığmasına gəlişindən və buradakı futbol imkanlarından danışıb:

 

- Azərbaycana gedişiniz necə oldu?
- Bəzi İtaliya klublarında təklif var idi, ancaq “yox” dedim. Digər milli komandalardan da təkliflər var idi, lakin mən artıq Bakıya getmişdim. Buranı gözəl şəhər kimi xatırlayırdım. Düşündüm ki, burada çalışmağa dəyər. İndi də yaxşı yaşayıram. Xəzər dənizinin sahilində çox gözəl evim var. Həmçinin, 6 il Romada oxumuş və italyan dilini fantastik səviyyədə bilən tərcüməçim var. İki gündə bütün çempionat oyunlarını canlı izləyirəm.

 

- Bütün oyunları?
- Bəli, çempionatda 8 komanda var. Şənbə günü iki, bazar günü iki oyun olur. Qarşılaşmalara baxıram və futbolçuların bacarıqlarını öyrənirəm. Digər tərəfdən, milli komandanın üzvlərindən yalnız biri Ukraynada çıxış edir, qalanları daxili çempionatda iştirak edirlər.

 

- Yaxşı nəticə əldə etmək alınacaq?
- FIFA reytinqində 83-cü sırada olan Albaniya yığması ilə Avropa çempionatını lənətə gəlmiş tək bir qolla tərk etdik, lakin millini artıq reytinqdə 22-ci sıraya çıxarmışdım. Təkrarlana biləcək hekayələr var. Futbolçularım gəncdirlər və böyümək istəyirlər.

 

- Futbolçular Kriştiano Ronaldonu yaxından görəcəklər…
- Bu, onlar üçün həyəcanverici olacaq. Tək Ronaldo deyil, həm də Portuqaliya yığması onlara stimul olacaq. Portuqaliya millisi güclüdür və dünya çempionatını qazana bilərlər. Futbolçularıma qorxmamağı və aktiv olmağı tapşırmışam. Əks halda, yalnız güclülərin oyununu izləməli olacağıq.

 

- AFFA-nın sizdən tələbi nədir?
- Oyunçuların düşüncəsini dəyişdirməli və bütün futbol hərəkatını böyütməliyəm. Azərbaycanın kifayət qədər yaxşı mənbələri və imkanları var. Bakıda 70 min azarkeş tutumuna malik müasir olimpiya stadionu var. Bundan başqa, 6-7 stadion da var. Onların da tutumu 10-15 min nəfərlikdir. Burada möhtəşəm bir iş görmək üçün ideal şərait var. 


Digər xəbərlər

Xəbər xətti