Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin ilk turunun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin Portuqaliya yığması ilə qarşılaşacağı gündə A qrupunun digər matçı Serbiya və İrlandiya yığmaları arasında baş tutub.
G qrupunda yer alan Türkiyə yığması Niderlandla qarşılaşıb. Qrupun digər matçında Erlinq Halandın formasını geyindiyi Norveç yığması səfərdə Cəbəllütariqi sınağa çəkib, Latviya isə Monteneqro ilə üz-üzə gəlib. Belçika millisi Uelsi, Fransa yığması Ukraynanı sınağa çəkib.
İlk turun digər oyunları bu gün keçiriləcək.
DÇ-2022-nin seçmə mərhələsi
24 mart
A qrupu
23:45. Portuqaliya – Azərbaycan 1:0
Qol: Maksim Medvedev, 37 - öz qapısına
23:45. Serbiya – İrlandiya 3:2
D qrupu
23:45. Fransa – Ukrayna 1:1
23:45. Finlandiya – Bosniya və Herseqovina 2:2
E qrupu
23:45. Belçika – Uels 3:1
23:45. Estoniya – Çexiya 2:6
G qrupu
21:00. Türkiyə – Niderland 4:2
Qollar: Burak Yılmaz, 15 (1:0), 34-pen (2:0), Hakan Çalhanoğlu, 46 (3:0), Klaassen, 75 (3:1), Luuk de Yonq, 77 (3:2), Burak Yılmaz, 81 (4:2)
23:45. Cəbəllütariq – Norveç 0:3
23:45. Latviya – Monteneqro 1:2
H qrupu
23:45. Malta – Rusiya 1:3
23:45. Sloveniya – Xorvatiya 1:0
23:45. Kipr – Slovakiya 0:0