Millimizin futbolçusu Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bununla bağlı özünün "Feysbuk" hesabında yazıb: "Çox ağır oyun oldu. Amma inanıram ki, daha yaxşı oynayacağıq".
Qeyd edək ki, millimiz martın 27-i Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq görüşünə çıxacaq. Yığmamız martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiya ilə qarşılaşacaq.