Əliyar Ağayev DÇ-2022-nin oyununa təyinat aldı

12:33 25 Mart 2021

FİFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələsi oyununa təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, o, F qrupunda Danimarka – Moldova qarşılaşmasının baş hakimi olacaq. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

 

Qeyd edək ki, martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 


Xəbər xətti