"Türkiyə olaraq azarkeşlərimiz, xalqımızın duası və gücü, meydana çıxan futbolçularımızın əzmkarlığı ilə gözəl oyun oldu. Turnirdə birinci və böyük matçımız idi. Başlanğıcımızı yaxşı etmək istəyirik, amma çətin olacağını bilirdik. İnancımız, güvənimiz var idi".
Sportarena.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Niderlanda 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, matça yaxşı başladıqlarını bildirib: "Rəqibin texniki və sürətli oyunçularını yoxladıq. Onları saxlaya bildik. İkinci hissədə bəzi epizodlarlarda səhv etdik, amma daha çox yaxşı oynayan bir komanda olaraq qalib gəldik. Buraxdığımız iki qol və qol epizodları var. Bunlar da bizim üçün təcrübə olacaq. Əhval-ruhiyə olaraq ən üst səviyyəyə çatdıq. İnşallah, bundan yaxşı istifadə edə bilərik. Sönük oynamadıq və arxayınlaşmadıq. Oyunçuların alnından öpürəm".
Ş.Günəş Niderlandla görüşdə het-trikə imza atan Burak Yılmaz haqda da danışıb: "Onun bir hekayəsi var. Yazılması lazım olan hekayə. Təriflər söyləyərk mühiti dəyişmək istəmirəm. Burakın buraxdığı izlər önəmli idi. Bir sözlə təsvir etməyi düzgün hesab etmirəm".