Türkiyə millisinin kapitanı Burak Yılmaz üçün DÇ-2022-nin seçmə mərhələsində Niderlandla oyun (4:2) əlamətdar olub.
Sportarena.az xəbər verir ki, sözügedən görüşdə het-trikə imza atan 35 yaşlı hücumçu Niderlanda vurduğu qolların sayını 5-ə çatdırıb. Bununla da, o, 2000-ci ildən indiyə kimi Niderlanda ən çox qol vuran futbolçu olub. Burak Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun rekordunu (4 qol) geridə qoyub.
Qeyd edək ki, B.Yılmaz sözügedən yığma ilə 6 oyunda 5 qol vurmağı bacarıb.