Rüfət Dadaşovdan ABŞ-da yeni mövsümün ilk qolu

16:12 25 Mart 2021

ABŞ-ın “Finiks Rayzinq” klubu yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi sözügedən komanda ABŞ-ın digər təmsilçisi “Yunion Omaha” ilə üz-üzə gəlib.

 

Üç qolun qeydə alındığı oyun “Finiks Rayzinq”in məğlubiyyəti ilə başa çatıb – 1:3. Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxsa da, ikinci hissənin ortalarında əvəzlənib.

 

Komandasının yeganə qolunu da Dadaşov vurub. O, 33-cü dəqiqədə fərqlənməklə oyunda hesabı açıb.


Digər xəbərlər

Xəbər xətti