Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Erol Bulut ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə mövsümün əvvəlindən bu komandanı çalışdıran mütəxəssislə yolların qarşılıqlı razılıq əsasında ayrıldığı diqqətə çatdırılıb.
Klubun yaydığı məlumatda o da qeyd olunub ki, “Fənərbaxça”nı mövsümün qalan hissəsində Emre Belözoğlu çalışdıracaq. Hansı ki, o, bu klubda idman direktoru kimi fəaliyyət göstərirdi.
Qeyd edək ki, “Fənərbaxça” bu mövsüm Super Liqada keçirdiyi 30 oyunda 59 xal toplayıb və 3-cü pillədə qərarlaşıb. İstanbul təmsilçisi ehtiyatda bir oyunu olan lider “Beşiktaş”dan 5, ikinci pillədəki “Qalatasaray”dan isə 2 xal geri qalır.