Fatih Terimlə köməkçisinə 2 oyunluq cəza

10:09 26 Mart 2021

Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib. 68 yaşlı mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub. O, 13000 türk lirəsi məbləğində cərimə də olunub.

 

Terimlə yanaşı, onun köməkçisi Ümit Davala da oxşar cəzaya məruz qalıb. O da 2 oyunluq diskvalifikasiya olunub və 13 min TL cərimələnib. 

 

Qeyd edək ki, Fatim Terim və köməkçisi Super Liqanın 31-c turu çərçivəsində “Rizəspor”a 3:4 hesabıyla uduzduqları ev oyunundan sonra hədə-qorxu gəlməkdə və təhqirdə ittiham olunurlar. Onlar qarşıdakı turlarda “Hatayspor” və “Fatih Karagümrük” ilə oyunlarda paltardəyişmə otağı və ehtiyat oyunçular skamyasında yer ala bilməyəcəklər.

 

“Qalatasaray” bu mövsüm Super Liqada keçirdiyi 30 oyunda 61 xal toplayıb və ikinci pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti