İngiltərə Premyer Liqasında növbəti mövsümün başlama tarixi bilindi

Sportarena.az      26 Mart 2021 , 10:23

Futbol üzrə İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün başlayacağı tarix müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, dünyanın ən baxımlı liqalarından biri olan İngiltərə çempionatında növbəti mövsümə bu il avqustun 14-də start veriləcək.

 

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə 2021/22 mövsümünə 2022-ci ilin 22 mayında keçiriləcək qarşılaşmalarla yekun vurulacağı diqqətə çatdırılıb.

 

Qeyd edək ki, Premyer Liqada 2020/21 mövsümünün geridə qalan 29 turunda 71 xal toplamış “Mançester Siti” hazırda zirvədə qərarlaşıb. Bu komandanı 57 və 56 xala malik “Mançester Yunayted”lə “Lester Siti” izləyir. Ötən mövsümün qalibi olan “Liverpul” isə 46 xalla 7-ci pillədə qərarlaşıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin