"Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsinin ilk turundan sonra ən çox qurtarış edən qapıçıdır.
Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun sosial şəbəkə səhifələri məlumat yayıb.
"90 dəqiqə, 14 qurtarış, cərimə meydançasının daxilində 6 qurtarış" - deyə paylaşımda bildirilir.
Qeyd edilir ki, siyahıda "Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiç də yer alıb. Bosniya və Herseqovina yığmasının üzvü 5 qurtarışla 5-cidir.
Məlumatda həmçinin bildirilir ki, millimizin Portuqaliyaya uduzduğu matçda (0:1) komandanın 5 futbolçusu - Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev (k), Mahir Emreli, Abbas Hüseynov və Bədavi Hüseynov start heyətdə meydana çıxıblar. İsmayıl İbrahimli isə ikinci hissədə meydana daxil olub.