“Azərbaycanla matçda hədəfimizə çatdıq” - AÇIQLAMA

Sportarena.az      26 Mart 2021 , 15:01

Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Joau Feliks DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, Madrid “Atletiko”sunun formasını geyinən futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

 

“Azərbaycanla oyunda saysız-hesabsız qol imkanlarımız oldu. Qələbə qazanmaq əsas hədəfimiz idi və bu hədəfə çatdıq”.

 

22 yaşlı futbolçu Serbiyaya qarşı keçirəcəkləri növbəti oyundan da söz açıb:

 

“Bu qarşılaşma Azərbaycanla matçdan tamam fərqli olacaq. Amma qalib gələcəyimizə ümid edirik. Onlar açıq oyuna üstünlük verir. Bu isə bizim üçün sərfəli ola bilər”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin