“Görürük ki, Avropa çempionu da Azərbaycana qarşı mübarizə apardı” - AÇIQLAMA

15:40 26 Mart 2021

Futbol üzrə Serbiya milli komandasının kapitanı Duşan Tadiç DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda İrlandiyaya qarşı keçirdikləri oyunu şərh edib. 

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı hücumçu 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

 

“Məşqçinin bizdən istədiyini yerinə yetirməyə çalışdıq. Cəmi 3 gün birlikdə olmuşduq. Oyunda yaxşı və pis məqamlar var idi. Mənfi tərəfləri yaxşılaşdırmağa çalışacaq”.

 

Tadiç növbəti turda Portuqaliyaya qarşı keçirəcəkləri oyunla da bağlı fikirlərini bölüşüb:

 

“Portuqaliya ilə oyunu həvəslə gözləyirik. Görürük ki, Avropa çempionu da Azərbaycana qarşı mübarizə apardı. Hər zaman oyunlara 100 faiz köklənməlisən. Portuqaliyada bir çox böyük adlar var. Özümüzə inanmalıyıq”.

 

Serbiya martın 27-də Portuqaliyanı qəbul edəcək, 30-da isə Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq. Azərbaycan yığması ilk oyunda Portuqaliyaya 0:1 hesabıyla uduzub.  


Digər xəbərlər

Xəbər xətti