"Fənərbaxça” klubunun heyətində növbəti dəfə koronavirusa yoluxma faktı aşkarlanıb.
Sportarena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, daha iki nəfərin testinin cavabı müsbət çıxıb. Onlardan birinin klubun işçisi, birinin isə məşqçilər heyətinin üzvü olduğu bildirilir.
Qeyd edək ki, buna kimi klubun 5 futbolçusunda koronavirus aşkarlanmışdı.