Malta yığması bunu 20 ildən sonra bacardı

10:08 29 Mart 2021

Futbol üzrə Malta milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Slovakiya ilə heç-heçə edib.

 

Sportarena.az xəbər verir ki, 2:2 hesabıyla bitən matçda maltalılar yeni uğura imza atıblar. Belə ki, Malta millisi 2001-ci ildən sonra ilk dəfə dünya çempionatlarının seçmə mərhələsi çərçivəsində bir səfər matçında iki qol vurmağı bacarıb.

 

Malta yığması sonuncu dəfə 2001-ci ildə, DÇ-2002-nin seçmə mərhələ oyununda səfərdə Çexiya yığmasına 2 qol vurmuşdu. Lakin həmin oyunda komanda rəqibinə 2:3 hesabıyla uduzmuşdu.


Xəbər xətti