Lüksemburqun 13 illik həsrəti bitdi

12:10 29 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turu çərçivəsində səfərdə İrlandiyaya qalib gələn Lüksemburq millisi 13 illik həsrətə son qoyub.

 

Sportarena.az xəbər verir ki, sözügedən komanda 85-ci dəqiqədə Jerson Rodriqesin vurduğu yeganə qol sayəsində rəqibini 1:0 hesabı ilə üstələyib. Bununla da Luksemburq yığması 13 il sonra ilk dəfə səfərdə qələbə qazanıb. Bu komanda sonuncu dəfə 2008-ci ildə İsveçrə ilə səfər oyununda qələbə qazanmışdı.

 

Qeyd edək ki, Lüksemburq və İrlandiya yığmaları DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə A qrupunda mübarizə aparırlar.


Xəbər xətti