"Qarabağ"ı dayandırmaq çox çətindir, amma "Neftçi"nin də şansı var" - Branimir Subaşiç

16:42 29 Mart 2021

"Azərbaycan çempionatında "Neftçi"nin lider olduğunu bilirəm. Amma bunu sonadək qoruyub saxlamaq lazımdır".

 

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin, "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Branimir Subaşiç Premyer Liqada çempionluq mübarizəsi barədə danışərkən deyib.

 

Veteran hücumçu bildirib ki, flaqmanın uzun fasilədən sonra çempion olmaq üçün yaxşı şansları var: "Həqiqətən də cari mövsüm çox maraqlı keçir. Belə görünür ki, mübarizə son turadək davam edəcək. "Qarabağ" illərdir çempionluq əldə etdiyindən, asanlıqla təslim olmayacaq. Ümumiyyətlə, bu komandanı dayandırmaq çox çətindir. Amma "Neftçi"nin də yaxşı şansı var. Sonadək konsentrasiyanı qoruya bilsələr, uğur qazanacaqlar. Ümid edirəm ki, "Neftçi" bu il çempion olacaq".

 

Qeyd edək ki, Branimir Subaşiç 2005 - 2008-ci illərdə "Neftçi"nin, 2013-ü ildə isə "Qarabağ"ın formasını geyinib. Hazırda hər iki komanda 42 xalla turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti