Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.
Sportarena.az xəbər verir ki, yığma komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq. İlk turda Portuqaliya ilə səfərdə qarşılaşan və 0:1 hesabıyla məğlub olan yığmamız bu dəfə ilk ev oyununda ilk xalını qazanmağa çalışacaq.
Serbiya yığması isə millimizdən fərqli, seçmə mərhələdə üçüncü matçına çıxacaq. İlk turda İrlandiyaya doğma meydanda 3:2 hesabıyla qalib gəlmiş serblər ikinci turda da Portuqaliya ilə evdə 2:2 hesablı heç-heçəyə razılaşıblar.
Serbiya ilə oyun milli komandamızın tarixində 266-cı qarşılaşma olacaq. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan millimiz bu oyuna qədər 265 matça çıxıb. Hesabında 50 qələbə və 73 heç-heçə olan komandamız 142 dəfə uduzdu. 265 oyunda 195 qol vuran futbolçularımız 439 top buraxıblar.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
30 mart
20:00. Azərbaycan - Serbiya 1:2
Hakimlər: Roy Reynşreyber, David Biton, Saqi Metzamber, David Fuxman (hamısı İsrail).
Bakı Olimpiya Stadionu.